Image

Məcnun Məmmədov: “Azərbaycanda ötən il 160 min hektara yaxın sahə məhv olub”

“Ötən il Azərbaycanda 160 min hektara yaxın sahə su çatışmazlığından məhv olub”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakı Su Həftəsi Beynəlxalq Konfransının (“Baku Water Week Conference”) açılış mərasimində deyib.

“Dünyada su ehtiyatlarının təxminən 70%-i kənd təsərrüfatında istifadə edilir və Azərbaycan da bu mənada istisna deyil”, - nazir qeyd edib.

Onun sözlərinə görə, dünyada baş verən və hazırda da davam edən iqlim dəyişikliyi Azərbaycana təsirsiz keçmir:“Biz bu çağırışı ciddiyə almalıyıq, daha da hazırlıqlı olmalıyıq. Azərbaycanda təxminən 1,5 milyon hektar suvarılan sahələr var ki, onların da 78%-i birillik əkinləri əhatə edir, 9%-i çoxillik və təxminən 13%-i örüş sahələridir”.

M.Məmmədov əlavə edib ki, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının təxminən 90%-i məhz suvarılan sahələrdən əldə olunur.

BAKU.WS

Mənbə: baku.ws

Xəbər lenti