“Kəpəz” – “Qarabağ” oyununun biletlərinə bir gündə 8400 satış qeydə alınıb
Misli Premyer Liqasının XII turunda keçiriləcək “Kəpəz” – “Qarabağ” oyunu üçün bir sutka ərzində 8400 bilet satılıb.
Bu barədə Gəncə klubu məlumat yayıb.
Bu göstərici 15363 tamaşaçı tutumuna malik Gəncə şəhər stadionunun ümumi tutumunun təxminən 55 faizini təşkil edir.
Qarşılaşma noyabrın 22-də saat 17:00-da başlayacaq.
Cari mövsüm “Kəpəz”in ev oyunlarında ən çox azarkeş sayı sentyabrın 4-də “Şamaxı” ilə görüşdə qeydə alınıb. Həmin matçı 15 min tamaşaçı izləyib.
Mənbə: anews.az