Image

DSX: Azərbaycana 14 tondan çox avtomobil ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb

Ölkə ərazisinə saxta sənədlə 14 tondan çox ehtiyat hissəsinin keçirilməsinin qarşısı alınıb.

Bu barədə DSX-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində hərəkət edən “Mercedes” və “Renault” markalı yük nəqliyyat vasitələrinə baxış keçirilib.

Yoxlama zamanı “Mercedes” markalı nəqliyyat vasitəsində 9 ton 200 kiloqram, “Renault” markalı nəqliyyat vasitəsində isə 14 ton 445 kiloqram avtomobil ehtiyat hissəsi aşkar edilib.

Yüklərə dair sənədlərin yoxlanılması nəticəsində təyinat ölkəsi dəyişdirilməklə saxtalaşdırılmış müşayiətedici sənədlərin təqdim olunduğu müəyyən edilmiş və hər iki nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mənbə: anews.az

Xəbər lenti