“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsaslı dəyişikliklər ediləcək
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna əsaslı dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Bunu İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqov bildirib.
“1995-cü ildə qəbul olunmuş qanuna indiyədək müəyyən dəyişikliklər edilib. Yaxın gələcəkdə isə qanuna əsaslı dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bununla bağlı müvafiq qurumlarla müzakirələr aparılır”, – o deyib.
Azərbaycanda “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 19 sentyabr 1995-ci ildə qəbul edilib.
Qanuna son dəyişiklik 16 dekabr 2025-ci ildə edilib və 29 dekabr 2025-ci ildə dərc olunub.
Mənbə: anews.az