Image

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Toplanışa cəlb olunan hərbi vəzifəlilər qeydiyyatdan və həkim müayinəsindən keçirildikdən sonra hərbi geyim və digər təminat vasitələri ilə təmin olunublar.

Toplanışın başlanması ilə əlaqədar təntənəli mərasim keçirilib. Çıxışlarda toplanışın ehtiyatda olan hərbi vəzifəlilərin nəzəri biliklərinin və praktiki vərdişlərinin artırılması, eləcə də döyüş hazırlığının yüksəldilməsi baxımından əhəmiyyəti vurğulanıb. Tədbir hərbi vəzifəlilərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.

Daha sonra toplanışın proqramına uyğun olaraq şəxsi heyətə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və texnikalar, habelə hərbi-texniki vasitələr barədə ətraflı məlumat verilib.

Toplanış çərçivəsində hərbi vəzifəlilərə real döyüş şəraitinə uyğunlaşdırılmış taktiki və digər hazırlıq üzrə nəzəri-praktiki məşğələlər keçiriləcək, müasir döyüş aparma və özünümüdafiə üsulları öyrədiləcək.

Mənbə: anews.az

Xəbər lenti