Image

Dərman almağa gedənlər saatlarla ayaq üstə qalırlar

Tovuzda şəkərli diabetdən əziyyət çəkən xəstələrə dövlət tərəfindən verilən dərmanları almaq çətinləşib.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Tovuz Rayon Mərkəzi Xəstəxanasına üz tutan xəstələr və onların yaxınları bildiriblər.

Bir çox vətəndaş növbə sıxlığından şikayətçi olub və aidiyyəti qurumlardan çarə istəyib.

Qeyd edək ki, növbədə gözləməli olan şəkər xəstələri saatlarla qaldıqları xəstəxana dəhlizlərində oturmağa belə yetərli yerin olmadığını deyiblər.

Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.

Mənbə: baku.ws

Xəbər lenti

Sevinc Maniyeva vəfat etdi

Sevinc Maniyeva vəfat edib