İranda spirtli içkidən kütləvi zəhərlənmə: 3 nəfər ölüb, 33 nəfər xəstəxanaya yerləşdirilib
İranın şimal-şərqindəki Nişapur şəhərində spirtli içkidən kütləvi zəhərlənmə qeydə alınıb.Bu barədə "Tasnim" agentliyi xəbər verir.
Evdə hazırlanan spirtli içkidən qəbul edən 33 nəfər xəstəxanaya yerləşdirilib.
Məlumata görə, zəhərlənənlərdən üçü ölüb.
Spirtli içkinin hazırlanması və yayılmasında təqsirləndirilən səkkiz nəfər müəyyən edilərək saxlanılıb.
Mənbə: anews.az