Rasim Balayev I Fəxri Xiyabanda dəfn ediləcək - Yenilənib
Xalq artisti, aktyor Rasim Balayev I Fəxri Xiyabanda dəfn ediləcək.
Aktyorla vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.
***
Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.
Xalq artisti Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.