Teatra nadir hallarda gedirlər, amma mədəniyyət barədə qərar verirlər - xalq artisti
Xalq artisti Fərhad Bədəlbəyli Maliyyə Nazirliyinin nümayəndələrinin teatra və konsertlərə nadir hallarda getdiyinə görə tənqid edib.
"Mədəniyyət Nazirliyi maliyyə problemi varsa, nə etməlidir?! Burada Maliyyə Nazirliyinin nümayəndələri olmalı idi. Onlar çox nadir hallarda teatr və konsertə gedirlər. Onlar “mədəniyyət” sözünü eşidəndə ağıllarına ancaq hansısa şou-biznes nümayəndəsi və ya toyda oxuyan müğənni gəlir”.
Bədəlbəyli balet sənətçilərinin pensiya məsələsinin də həllini tapmadığını deyib.
“55 yaşında adam balet oynaya bilər? Elementar məsələlər var və bu problem hələ də qalır”, – o qeyd edib.
Mənbə: anews.az