Biləsuvarda motosiklet yük avtomobili ilə toqquşub, sürücü ölüb
Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün axşam saatlarında Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan motosikletlə “Atego” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü, rayon sakini, 2005-ci il təvəllüdlü E. Şahmarlı hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: anews.az