Image

Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirilib - Yenilənib

Xalq artisti Rasim Balayevin cənazəsi Türkiyənin İstanbul şəhərindən Bakıya gətirilib.

Rasim Balayevlə vida mərasimi bu gün, saat 12.00-13.30 Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaq.

Xalq artisti Birinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

***

Xalq artisti Rasim Balayev I Fəxri Xiyabanda dəfn ediləcək.

Bu gün axşam saatlarında Xalq artistinin cənazəsinin Bakıya gətirilməsi nəzərdə tutulub.

Sabah isə mərhum sənətkarla Akademik Milli Dram Tetarında vida mərasimi keçiriləcək.

***

Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqından məlumat verilib.

Xalq artisti Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.

Xəbər lenti

Sabahın hava proqnozu

Azərbaycan nefti ucuzlaşıb