Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb.
Bunlar "Skynet" MMC və "Robonet" MMC-lərdir.
Nəticədə sözügedən provayderlərin uçotu ləğv edilib.
"Skynet" 2023-cü ilin aprel ayında, "Robonet" MMC isə 2024-cü ilin yanvar ayında uçota alınıb.
Bununla da ölkədə uçota alınmış internet operator, provayder və host provayderlərin sayı 194 olub.
Qeyd edək ki, internet operator və provayderlərinin uçota alınmasını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.