Image

"X" sosial şəbəkəsinin işində problem yaranıb

Məşhur sosial media platformalarından biri olan “X”in işində ciddi nasazlıq yaranıb.Bu barədə “Downdetector” portalı xəbər verir.

Bakı vaxtı ilə saat 21:05-dən etibarən şəbəkənin fəaliyyətində problem müşahidə olunur.

Qlobal miqyasda yaranan nasazlıq Azərbaycandakı istifadəçilərə də təsir edib.

Belə ki, 14 mindən çox istifadəçi platformaya girişdə çətinlik yaşadığını bildirib.

Xəbər lenti