Image

Azərbaycanda tanınmış xanəndə VƏFAT ETDİ - FOTO

Azərbaycan musiqisinə ağır itki üz verib.

Gundem.az-ın məlumatına görə, Xalq artisti Xan Şuşinskinin tələbəsi, xanəndə Zəbulla Quliyev bu gün vəfat edib.

O, 75 yaşında infarktdan dünyasını dəyişib.

Sənətkar 1949-cu il iyulun 1-də Saatlı rayonu Seyidoba kəndində anadan olub. O, Mədəniyyət və İncəsənət Universitetinin xanəndəlik fakültəsini bitirib.

Zəbulla Quliyev dahi sənətkar Xan Şuşinskinin ilk tələbəsi olub. (BAKU.WS)

Mənbə: gundem.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb