Image

Britaniya Qarabağın bərpasına dəstəyi davam etdirəcək

Böyük Britaniya Qarabağın bərpasına töhfə vermək üçün imkanlar axtarmağa davam edəcək. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman bildirib.

Onun sözlərinə görə, Böyük Britaniya ANAMA vasitəsilə minatəmizləmə fəaliyyətinə dəstək göstərən ilk ölkə olub və bu yardımı davam etdirir.

Norman Şuşanın yenidən layihələndirilməsində iştirak edən Britaniyanın Chapman Taylor memarlıq şirkətinin fəaliyyətini də qeyd edib. O bildirib ki, şəhərin bərpası Azərbaycan və Britaniyanın öz təcrübələrini birləşdirərək əldə edə biləcəyi nəticənin nümunəsidir.

Səfir BP şirkətinin bu yaxınlarda Qarabağda günəş enerjisi layihəsinə dəstək üçün böyük qrant imzaladığını da bildirib.

Mənbə: anews.az

Xəbər lenti

“Brent” neft ucuzlaşıb