Azərbaycan neftinin qiyməti 100 dollardan aşağı düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,92 ABŞ dolları və ya 3,81 % azalaraq 98,76 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 93,04 ABŞ dolları təşkil edib.
Mənbə: anews.az