UEFA Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallonu FİFA prezidentliyinə namizəd göstərib.Bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, UEFA İcraiyyə Komitəsinin iclasında milli assosiasiyalar 63 yaşlı Diallonun namizədliyini yekdilliklə dəstəkləyiblər. Diallo namizəd olmaq təklifini qəbul edib.
FİFA prezidentinin seçkiləri 2027-ci ilin martında Mərakeşdə keçiriləcək. Təşkilatın hazırkı prezidenti Canni İnfantino daha əvvəl növbəti müddətə yenidən seçilmək niyyətində olduğunu açıqlayıb. O, 2016-cı ildən FİFA-ya rəhbərlik edir.
Diallonun namizədliyinin irəli sürülməsi UEFA ilə FİFA rəhbərliyi arasında dünya futbolunun idarə olunması və inkişafı məsələlərində fikir ayrılıqlarının olduğu bir vaxta təsadüf edir.
Mənbə: anews.az