Image

Aİ Ukraynaya 8 milyard avro ayrılmasını təsdiqləyib

Avropa İttifaqı (Aİ) Şurasının "Ukraine Facility" proqramı çərçivəsində ən böyük birdəfəlik ödənişi təsdiqləməsindən sonra Ukrayna təxminən 8 milyard avro vəsait əldə edəcək. Bu barədə Aİ Şurasının məlumatında bildirilib.

Tranşın ümumi məbləğindən təxminən 5 milyard avro 2026-cı il üçün nəzərdə tutulmuş "Ukraine Support Loan" proqramı çərçivəsində kredit vəsaitləri hesabına ayrılacaq.

Ödəniş Ukraynanın islahatlara dair 20-dən çox hədəf göstəricisini yerinə yetirməsindən sonra təsdiqlənib. Onlar məhkəmə sistemini, korrupsiya və çirkli pulların yuyulmasına qarşı mübarizəni, maliyyə bazarlarını, dövlət aktivlərinin idarə edilməsini, insan kapitalını, işgüzar mühiti, mərkəzsizləşdirmə və regional siyasəti, energetikanı, aqrar-ərzaq sektorunu, rəqəmsal transformasiyanı və ətraf mühitin mühafizəsini əhatə edir.

"Ukraine Facility" vəsaitləri Ukraynanın makromaliyyə sabitliyinin dəstəklənməsi, onun bərpası və modernləşdirilməsi, dövlət idarəçiliyinin işinin təmin edilməsi və islahatların həyata keçirilməsi üçün nəzərdə tutulub.

Ödənişlər ölkənin bərpa və modernləşdirmə strategiyasını, eləcə də onun Aİ-yə daxil olmaq məqsədləri ilə uzlaşdırılmış islahatlar qrafikini müəyyən edən Ukrayna planına bağlıdır.

Mənbə: anews.az

Xəbər lenti

Bakıda restoran yanır

Sabah hava yağmursuz olacaq