Tramp Kim Çen Inla görüşə biləcəyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammiti çərçivəsində Şimali Koreya lideri Kim Çen In ilə görüşmək ehtimalını istisna etməyib.Bu barədə TASS məlumat yayıb.
“Biz Çinə gedirik və orada Prezident Si Cinpinlə görüşəcəyik. O, bir ay əvvəl burada – ABŞ-də idi. Həmçinin Prezident Putinlə, bəlkə də Kim Çen Inla görüşəcəyik. Çox şeyə nail olmaq şansımız var”, – deyə Tramp bildirib.
APEC sammiti noyabrın 17–19-da Çinin Şençjen şəhərində keçiriləcək.
Mənbə: anews.az