İsrail Ordusu HƏMAS-ın hərbi qanadının bölmə komandirini zərərsizləşdirib
İsrail Müdafiə Ordusu HƏMAS-ın hərbi qanadının taqım komandiri Hüssam Salehin öldürüldüyünü açıqlayıb.
Bu barədə İsrail Müdafiə Ordusunun sosial şəbəkələrdə yaydığı bəyanatda bildirilib.
İsrail hərbçilərinin məlumatına görə, Hüssam Saleh 2023-cü il oktyabrın 7-də İsrail ərazisinə hücumda iştirak edib.
Ordunun məlumatına görə, əməliyyat zamanı HƏMAS-ın daha dörd üzvü də öldürülüb.
“Bu şəxslər müharibə ərzində İsrailin dinc sakinlərinə və hərbçilərinə qarşı hücumlarda iştirak edib, həmçinin atəşkəsi dəfələrlə pozaraq HƏMAS-ın döyüş qabiliyyətini bərpa etməyə çalışıblar”, – bəyanatda qeyd olunub.
İsrail Müdafiə Ordusu əməliyyatın həmin şəxslərin yaratdığı birbaşa təhlükəni aradan qaldırmaq məqsədilə keçirildiyini bildirib.
Mənbə: anews.az