Azərbaycan millisi Andorranı məğlub etdi
Futbol üzrə Azərbaycan millisi beynəlxalq yoldaşlıq oyununda Andorra yığmasına qalib gəlib.
BAKU.WS xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv səfərdə rəqibini 1:3 hesabı ilə məğlub edib.
Enkamp şəhərində keçirilən qarşılaşmada millimizin qollarını Eşqin Əhmədov (2), Musa Qurbanlı (47) və Toral Bayramov (70, penaltidən) vurublar. Ev sahiblərinin heyətində isə Rikard Fernandеs (55) fərqlənib.
Xatırladaq ki, Azərbaycan millisi noyabrın 13-də UEFA Millətlər Liqası çərçivəsində səfərdə Lixtenşteyn yığmasını 1:0 hesabı ilə məğlub edib.
***23:30
Azərbaycan millisi Andorra ilə yoldaşlıq görüşündə hesab arasındakı fərqi artırıb.
BAKU.WS xəbər verir ki, qarşılaşmanın 70-ci dəqiqəsində Toral Bayramov penaltini dəqiq yerinə yetirərək millimizin üçüncü qolunu vurub - 1:3.
***23:14
Andorra millisi Azərbaycanla yoldaşlıq görüşündə hesab arasındakı fərqi azaldıb.
BAKU.WS xəbər verir ki, qarşılaşmanın 55-ci dəqiqəsində Andorra yığmasının oyunçusu Cucu fərqlənərək hesabı azaldıb - 1:2.
***23:07
Azərbaycan millisi Andorra ilə yoldaşlıq görüşündə ikinci qolu vurub.
BAKU.WS xəbər verir ki, qarşılaşmanın 47-ci dəqiqəsində Musa Qurbanlı fərqlənərək hesabı 0:2-yə çatdırıb.
***22:04
Azərbaycan millisi Andorra ilə yoldaşlıq görüşündə hesabı açıb.
BAKU.WS xəbər verir ki, qarşılaşmanın 2-ci dəqiqəsində Eşqin Əhmədov fərqlənərək millimizi hesabda önə keçirib.
***22:00
Azərbaycan milli komandası Andorra yığması ilə yoldaşlıq oyununa başlayıb.
BAKU.WS xəbər verir ki, qarşılaşma Andorranın Enkamp şəhərində yerləşən "Nou Estadi de la FAF" stadionunda keçirilir.

Mənbə: baku.ws