Abşeron” layihəsinin ikinci fazası çərçivəsində qazma işlərinə 2027-ci ilin martında başlanılacaq
“Abşeron” qaz-kondensat layihəsinin Rəhbər Komitəsi yatağın işlənməsinin ikinci fazası çərçivəsində qazma işlərinin 2027-ci ilin birinci rübündə, təxminən mart ayında aparılmasını təsdiqləyib, sahə mənbələri bildirib.
Xəzər dənizində yerləşən yatağın ikinci mərhələsi sualtı kollektorlardan istifadə etməklə dənizin 550 metr dərinliyində dörd hasilat quyusunun qazılmasını nəzərdə tutur. İkinci faza pik həddində ildə 4,5 milyard kubmetr qaz hasilatını təmin edəcək ki, bu da 2023-cü ilin iyulundan icra olunan birinci faza ilə birlikdə “Abşeron”da ümumi illik qaz hasilatını 6 milyard kubmetrə çatdıracaq.
Hasil edilən karbohidrogenlər sualtı infrastrukturla Səngəçaldakı yeni qaz emalı terminalına nəql olunacaq, emaldan sonra təbii qaz Cənub Qaz Dəhlizi sisteminə, kondensat isə Bakı–Tbilisi–Ceyhan neft kəmərinə ötürüləcək.
Mənbə: anews.az