Britaniya Cənubi Qafqazda sülhü Orta Dəhlizi ilə əlaqələndirir
Böyük Britaniya Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəkləyir. Bu proses təkcə iki ölkə üçün deyil, regional iqtisadi artım və Orta Dəhlizin inkişafı baxımından da vacibdir. Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman bildirib.
Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək marşrutun inkişafından danışan Norman sülh prosesinin başa çatdırılmasının bu istiqamətdə mühüm addım olduğunu deyib.
Onun sözlərinə görə, Orta Dəhliz vasitəsilə səmərəli marşrut yaratmaq uzun vaxt aparacaq. Britaniya regionun iqtisadi inkişafının bütün ölkələrə fayda verəcəyini nəzərə alaraq bu prosesi dəstəkləməkdə maraqlıdır.
Mənbə: anews.az