Bayram günlərində daşınan sərnişinlərin sayı AÇIQLANDI
Novruz bayramı ərəfəsində və bayram günlərində əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) göstərişinə əsasən respublikanın bütün avtovağzal və avtostansiyaları 18-26 mart tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
Gundem.az AYNA-ya istinadən xəbər verir ki, bayram ərəfəsində və bayram günlərində 2416 reys həyata keçirilib. Bu reyslər zamanı 64 min 296 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Mənbə: gundem.az