Ankarada terrorla əlaqəli əməliyyatlarda 209 şübhəli saxlanılıb
Ankarada terrorla mübarizə tədbirləri çərçivəsində genişmiqyaslı əməliyyat keçirilib.
"TRT Haber"in məlumatına görə, hüquq-mühafizə orqanları tərəfindən 241 nəfər barəsində saxlanılma qərarı verilib. Onlardan 209-u artıq saxlanılıb.
Məlumata əsasən, terror fəaliyyətlərinin qarşısının alınmasına yönəlmiş əməliyyat-axtarış tədbirləri davam edir. Saxlanılmayan şəxslərin müəyyən edilərək tutulması istiqamətində işlər aparılır.
Aytac
Mənbə: anews.az