Image

Argentina İngiltərəyə qalib gələrək növbəti finalçı olub - Yenilənib

Futbol üzrə dünya çempionatında Argentina İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Atlanta şəhərində keçirilən yarımfinal görüşündə hesabı 55-ci dəqiqədə İngiltərə millisinin futbolçusu Entoni Qordon açıb. Argentina isə oyunun son dəqiqələrində geri dönüş edərək 85-ci dəqiqədə Enzo Fernandesin, əlavə vaxtın ikinci dəqiqəsində (90+2) Lautaro Martinesin qolları ilə qələbəni təmin edib.

Argentina finalda İspaniya ilə qarşılaşacaq. İngiltərə isə üçüncü yer uğrunda oyunda Fransa ilə üz-üzə gələcək.

***

Futbol üzrə dünya çempionatının İngiltərə - Argentina oyunu başlayıb.

Yarımfinal matçı Atlanta stadionunda keçirilir.

Qarşılaşmanı ABŞ-dən olan FIFA referisi İsmail Elfat idarə edir.

Mənbə: anews.az

Xəbər lenti