UEFA Avropa Liqası: "Qarabağ" II təsnifat mərhələsinə yüksəlib - Yenilənib
UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Vestri" (İslandiya) komandasını üstələyən "Qarabağ" növbəti raunda adlayıb.
Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilən cavab matçı Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Köhlən atlar"ın heyətində Jali Muaddib (5), Pedro Bikalyo (29) və Zakarya Savo (57) fərqləniblər.
İlk görüşdə rəqibini 3 cavabsız qolla məğlub edən Azərbaycan klubu II təsnifat mərhələsinə vəsiqə qazanıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin növbəti rəqibi ÇSKA (Sofiya, Bolqarıstan) olacaq. Tərəflər arasında ilk qarşılaşma iyulun 23-də Bakıda keçirəcək.
***
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyunu başlayıb.
Qarşılaşma Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilir.
Matçın baş hakimi çexiyalı FIFA referisi Marek Radinadır.
Mənbə: anews.az