Image

“Facebook” və “Instagram” çöküb

"Meta" şirkətinə məxsus "Facebook" və "Instagram" platformalarında bazar günü qlobal texniki nasazlıq qeydə alınıb. İstifadəçilər hesablarına daxil olmaq, lenti yeniləmək və mesaj göndərməkdə çətinliklərlə üzləşiblər.

İstifadəçilərin məlumatına görə, platformalara giriş zamanı "Hesab hazırda əlçatan deyil" bildirişi göstərilib. Bəzi istifadəçilər isə hesablarına daxil ola bilsələr də, xəbər lentinin yenilənmədiyini və mesajlaşma funksiyasının işləmədiyini bildiriblər.

"Meta"nın sistem bildirişində problemin saytda yaranmış texniki nasazlıqla əlaqəli olduğu qeyd edilib və istifadəçilərə bir neçə dəqiqə sonra yenidən cəhd etmələri tövsiyə olunub.

Real vaxt rejimində xidmət kəsintilərini izləyən "Downdetector" platformasının məlumatına əsasən, nasazlıq dünyanın müxtəlif ölkələrində istifadəçilərə təsir edib.

Hadisə ilə bağlı "Meta" kəsintinin səbəbi və xidmətlərin tam bərpa olunacağı vaxt barədə hələlik rəsmi açıqlama verməyib.

Mənbə: anews.az

Xəbər lenti

Faktiki hava açıqlanıb

İranda zəlzələ olub