Image

İspaniya DÇ-2026-nın qalibi olub - Yenilənib

İspaniya futbol üzrə dünya çempionatının finalında Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

Nyu-York/Nyu-Cersi stadionunda keçirilən final görüşünün əsas vaxtında hesab açılmayıb. Matçın taleyini əlavə vaxt həll edib. Ferran Torres 106-cı dəqiqədə vurduğu qolla İspaniyaya qələbə qazandırıb.

Bununla da İspaniya tarixində ikinci dəfə dünya çempionu adını qazanıb.

Üçüncü yer uğrunda keçirilən görüşdə isə İngiltərə Fransanı 6:4 hesabı ilə məğlub edərək bürünc medallara sahib çıxıb.

***

Futbol üzrə dünya çempionatının İspaniya - Argentina oyunu başlayıb.

Final matçı Nyu-York/Nyu-Cersi stadionunda keçirilir.

Qarşılaşmanı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.

 

Mənbə: anews.az

Xəbər lenti