Bolqarıstan klubu “Qarabağ”la oyuna azarkeşsiz gələcək
UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Bolqarıstanın MOİK (Sofiya) klubu Bakıda keçiriləcək ilk oyuna azarkeşsiz gələcək.
"Qarabağ" klubundan bildirilib ki, buna səbəb UEFA-nın Sofiya təmsilçisinin azarkeşlərinə növbəti səfər oyununda iştirak qadağası tətbiq etməsidir. Qərar Avropa Liqasının I təsnifat mərhələsində "Derri Siti" ilə keçirilən cavab matçında bolqar azarkeşlərin intizamsız davranışı ilə əlaqədar verilib.
"Qarabağ" və MOİK arasında ilk oyun iyulun 23-də Bakıda, cavab görüşü isə iyulun 30-da Sofiyada keçiriləcək.
Mənbə: anews.az