Image

Çempionlar Liqası: “Sabah” Finlandiya klubunu məğlub edib

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi "Sabah" ikinci təsnifat mərhələsinin ilk oyununda Finlandiyanın KuPS komandasını 1:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlmək yolunda üstünlük əldə edib.

Bakıda yerləşən "Bank Respublika Arena"da keçirilən görüşün yeganə qolunu 45+1-ci dəqiqədə Velko Simiç vurub.

Komandalar arasında cavab oyunu iyulun 28-də Finlandiyada keçiriləcək. Bu cütün qalibi UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Danimarkanın "Orxus" və Polşanın "Lex" komandaları arasında keçiriləcək cütün qalibi ilə qarşılaşacaq.

Mənbə: anews.az

Xəbər lenti

Gürcüstanda zəlzələ olub