Image

“WhatsApp”da yeni funksiyalar

“WhatsApp” istifadəçilərin müxtəlif cihazlarda tətbiqdən istifadəsini asanlaşdırmaq məqsədilə yeni funksiyalar paketini təqdim edib. Yeniliklər mərhələli şəkildə istifadəçilərə çatdırılır.

Şirkətin məlumatına görə, iPad istifadəçiləri artıq telefonla əlaqələndirməyə ehtiyac olmadan birbaşa tətbiq üzərindən yeni “WhatsApp” hesabı yarada biləcəklər.

Bundan əlavə, yenilənmiş “Apple CarPlay” və “Android Auto” dəstəyi sayəsində istifadəçilər avtomobil ekranından əllərini istifadə etmədən zəng edə, mesajları dinləyib cavablandıra, zəng tarixçəsinə və sevimli kontaktlara baxa biləcəklər.

Yeni funksiyalar çərçivəsində “Adobe Acrobat” inteqrasiyası da əlavə olunub. Bu imkan vasitəsilə istifadəçilər veb və masaüstü versiyalarda PDF fayllarını yükləmədən birbaşa söhbət pəncərəsində aça, oxuya və əsas hissələri vurğulaya biləcəklər.

Həmçinin “Apple Music” və “Spotify” istifadəçiləri dinlədikləri mahnıları birbaşa “WhatsApp Status” bölməsində paylaşa biləcəklər. 

Mənbə: anews.az

Xəbər lenti

Sabah 41 dərəcə isti olacaq

Azərbaycan nefti ucuzlaşıb