Image

"Qarabağ" - ÇSKA oyununun biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının II təsnifat mərhələsində keçiriləcək ÇSKA (Sofiya) – "Qarabağ" cavab oyununun biletləri iyulun 25-də saat 17:00-dan satışa çıxarılacaq.

"Qarabağ" klubunun yaydığı məlumata görə, biletləri iTicket.az platforması vasitəsilə onlayn almaq mümkün olacaq. Bir biletin qiyməti 28 manatdır.

Klubdan bildirilib ki, Sofiyadakı "Vasil Levski" stadionunda "Qarabağ" azarkeşləri üçün 800 yer ayrılıb.

Mənbə: anews.az

Xəbər lenti

Sabah 41 dərəcə isti olacaq

Azərbaycan nefti ucuzlaşıb