Əliyar Ağayev UEFA-dan təyinat alıb
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək "Linkoln" (Cəbəllütariq) – "Omoniya" (Kipr) qarşılaşmasının baş hakimi təyin olunub.
Ona yan xətt hakimləri kimi Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. VAR hakimi avstriyalı Alan Kijas, AVAR isə Nicat İsmayıllı olacaq.
Qarşılaşma avqustun 6-da keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Mənbə: anews.az