Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir
Bakıda Xalq şairi Nəriman Həsənzadə ilə vida mərasimi keçirilir.
Beynəlxalq Muğam Mərkəzində təşkil olunan mərasimdə dövlət xadimləri, mədəniyyət və incəsənət nümayəndələri, şairin qələm yoldaşları, yaxınları və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mərasimə əklil göndəriblər.
Nəriman Həsənzadənin I Fəxri xiyabanda dəfn olunacağı bildirilib.
Mənbə: anews.az