Image

Elvin Yunuszadə Türkiyənin "Boluspor" klubu ilə müqavilə imzalayıb

"Karvan-Yevlax" klubundan ayrılan Elvin Yunuszadə karerasını Türkiyədə davam etdirəcək.

"Qafqazinfo" xəbər verir ki, təcrübəli müdafiəçi Türkiyə birinci liqasının təmsilçisi "Boluspor" ilə anlaşıb. Bu barədə Bolu təmsilçisinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, E.Yunuszadə daha əvvəl Azərbaycanın "Neftçi" və "Qarabağ" kimi aparıcı klublarında çıxış edib.

Mənbə: anews.az

Xəbər lenti