Image

Azərbaycan idmançıları iyulda beynəlxalq yarışlarda 206 medal qazanıblar

Azərbaycan idmançıları iyulda iştirak etdikləri beynəlxalq yarışlarda ümumilikdə 206 medal qazanıblar.Bunu gənclər və idman naziri Fərid Qayıbov ötən ayın idman yekunlarını qiymətləndirərkən bildirib.

Nazirin sözlərinə görə, iyul ayı ərzində əldə olunan nəticələr Azərbaycan idmanının beynəlxalq arenadakı uğurlarını davam etdirdiyini göstərir.

Qayıbov qeyd edib ki, "Sağlam məhəllə" layihəsi çərçivəsində istifadəyə verilən idman zonalarının sayı 26-ya çatıb. Onun sözlərinə görə, bu layihə ölkədə idmanın kütləviliyinin artırılması istiqamətində mühüm addımlardan biridir.

Nazir həmçinin bildirib ki, Azərbaycan beynəlxalq idman yarışlarına ev sahibliyini davam etdirir. Bu ənənə iyul ayında Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatı ilə davam edib. O vurğulayıb ki, "Dünyanın İdman Paytaxtı" elan olunan Bakı yarışın yüksək səviyyədə təşkilinə ev sahibliyi edib.

 

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti ucuzlaşıb