AMB ödəniş təşkilatının lisenziyasını ləğv edib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Modenis" MMC-nin ödəniş təşkilatı lisenziyasını ləğv edib.
AMB-nin məlumatına görə, qərar şirkətin "Mpay" MMC-yə qoşulması ilə əlaqədar "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanunun tələblərinə uyğun qəbul edilib.
Məlumata əsasən, yenidən təşkilatlanma nəticəsində "Mpay" MMC "Modenis" MMC-nin hüquqi varisi olub.
Mənbə: anews.az