Polşa Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır
Polşa gələn ilin yanvarında Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa etməyi planlaşdırır.Bu barədə Polşa mediası məlumat yayıb.
Bildirilib ki, hazırda Dəməşqdə Polşa nümayəndəsi səfirlik binasının diplomatik heyətin qəbulu üçün hazırlanmasına nəzarət edir. Bu çərçivədə əsasən on ildən artıqdır istifadə olunmayan binada təmir işlərinin aparılması nəzərdə tutulur.
Məlumata görə, bina hərbi əməliyyatlar zamanı zərər görməsə də, yenilənməyə ehtiyac var.
Polşa 2012-ci ildə Suriyada müharibənin başlamasından sonra diplomatik heyətini ölkədən çıxarıb.
Mənbə: anews.az