Image

Dünya birjalarında qızıl və gümüşün qiyməti yüksəlib

Nyu-Yorkun COMEX birjasında keçirilən hərraclarda qızıl və gümüşün qiymətində artım qeydə alınıb.

Məlumata görə, qızılın bir troya unsiyasının qiyməti əvvəlki sövdələşmə ilə müqayisədə təxminən 1% artaraq 4 287 – 4 293 ABŞ dolları aralığında qərarlaşıb.

Bununla yanaşı, gümüşün bir troya unsiyasının qiyməti də 0,4%-dən çox yüksələrək 62,28 ABŞ dollarına çatıb.

Mütəxəssislər qiymət artımını fyuçers bazarlarındakı tələbin yüksəlməsi və qlobal bazarlardakı gözləntilərlə əlaqələndirirlər.

N.Təbrizli

Mənbə: anews.az

Xəbər lenti

Bakıda məscid yanır