Neft qiymətləri sabitləşib
Nyu-York və London birjalarında keçirilən diler hərraclarında neftin qiyməti Yaxın Şərqdəki geosiyasi gərginlik və ABŞ-də kommersiya neft ehtiyatlarının kəskin azalması fonunda dar diapazonda dəyişib. Bu barədə "Reuters" agentliyi xəbər verir.
Məlumatlara görə, "Brent" markalı neftin oktyabr fyuçerslərinin qiyməti bir barrel üçün 76,48 ABŞ dolları təşkil edib. ABŞ-nin WTI (West Texas Intermediate) markalı neftinin sentyabr fyuçersləri isə bir barrel üçün 73,20 ABŞ dolları səviyyəsində qərarlaşıb.
Bazar analitikləri bildirirlər ki, ABŞ Energetika Nazirliyinin (EIA) kommersiya neft ehtiyatlarının keçən həftə 3,7 milyon barrel azaldığını açıqlaması qiymətlərə dəstək verib. Lakin qlobal tələbatın zəifləməsi ilə bağlı narahatlıqlar qiymətlərin kəskin yüksəlməsinin qarşısını alır.
N.Təbrizli
Mənbə: anews.az