Rusiyadan Ermənistana növbəti 14 vaqon buğda Azərbaycandan tranzitlə daşınacaq
Rusiyadan Ermənistana növbəti 14 vaqon buğda Azərbaycandan tranzitlə daşınacaq.
Məlumata görə, qatar Azərbaycan ərazisini keçərək Böyük Kəsik sərhəd stansiyası vasitəsilə Gürcüstana, oradan isə Ermənistana çatdırılacaq.
Bu, Azərbaycan üzərindən Rusiyadan Ermənistana həyata keçirilən növbəti tranzit daşımadır. İndiyədək bu marşrutla Ermənistana 35 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit kömürü daşınıb. Eyni zamanda, Azərbaycandan Ermənistana 14 min tondan çox dizel yanacağı, eləcə də 5 min tona yaxın AI-92 və AI-95 markalı benzin ixrac edilib.
Azərbaycan 2025-ci ilin oktyabrında Ermənistana yük tranziti ilə bağlı əvvəlki məhdudiyyətləri aradan qaldırdığını açıqlayıb. Bundan sonra Qazaxıstan və Rusiyadan Ermənistana taxıl, eləcə də müxtəlif yüklərin Azərbaycan ərazisi vasitəsilə daşınmasına başlanılıb. Yüklər Azərbaycan-Gürcüstan marşrutu ilə Ermənistana çatdırılır.
Aytac Zeynalova
Mənbə: anews.az