Image

Ukrayna müharibə başlayandan bəri Qərbdən bu qədər maliyyə dəstəyi alıb

Ukrayna müharibə başlayandan bəri Qərbdən 200 milyard dollar maliyyə dəstəyi alıb. Bu barədə Ukrayna Milli Bankının (NBU) sədri Andrey Pışnıy bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin fevralından indiyədək Ukraynaya ayrılan yardımın ümumi həcmi 200 milyard dolları ötüb. NBU rəhbəri bu məbləği "nəhəng maliyyə dəstəyi" kimi qiymətləndirib.

Pışnıy qeyd edib ki, Qərb ölkələrində Ukraynaya maliyyə yardımının davam etdirilməsi artıq təkcə Kiyevə dəstək deyil, həm də Avropanın təhlükəsizliyinin təmin olunması məsələsi kimi dəyərləndirilir.

Bundan əvvəl Avropa Komissiyasının sədri Ursula fon der Leyen Avropa İttifaqının Ukraynaya Rusiya Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirlər hesabına ayrılan vəsaitin beşinci tranşını köçürdüyünü açıqlamışdı.

Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb və hazırda da davam edir.

Aytac

Mənbə: anews.az

Xəbər lenti

Neft qiymətləri sabitləşib

Bakıda məscid yanır