Image

Ermənistanın yeni hökuməti ilk iclasını keçirib

Bu gün Ermənistanın yeni formalaşdırılan hökuməti  ilk iclasını keçirib. Bu barədə Ermənistan mətbuatı yazıb. Baş nazir Nikol Paşinyan baş nazirin müavinlərini və nazirləri təyinatları münasibətilə təbrik edərək hökumətin 2026–2031-ci illər üçün fəaliyyət proqramının hərtərəfli təhlil ediləcəyini bildirib. Paşinyan deyib ki, hökumətin fəaliyyətinin böyük hissəsi əvvəlki siyasətin davamı olacaq, lakin idarəetmənin daha səmərəli təşkili üçün müəyyən düzəlişlər də ediləcək. "Əvvəlki dövrdə nəyə nail olunmayıbsa, onu və bunun səbəblərini təhlil etməli, müvafiq nəticələr çıxarmalıyıq", - Paşinyan bildirib. Ermənistan prezidenti Vaaqn Xaçaturyan avqustun əvvəlində Nikol Paşinyanın təqdimatı ilə yeni hökumətin tərkibini təsdiqləyib. Yeni kabinet 2026–2031-ci illəri əhatə edən hökumət proqramının icrasına cavabdeh olacaq və iqtisadi islahatlar, dövlət idarəçiliyinin təkmilləşdirilməsi və təhlükəsizlik məsələləri hökumətin əsas prioritetləri sırasında yer alır. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Neft qiymətləri sabitləşib

Bakıda məscid yanır