Rusiya Qafanda baş konsulluq açır
Rusiya və Ermənistan Qafan və Vladiqafqaz şəhərlərində qarşılıqlı konsulluq nümayəndəliklərinin açılması məsələsini gündəmdə saxlayır.
Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin Vladiqafqazdakı nümayəndəliyinin rəhbəri Bağır Məmiyev "RİA Novosti" agentliyinə müsahibəsində məlumat verib.
Onun sözlərinə görə, Ermənistanın Vladiqafqaz şəhərində konsulluq bölməsi, Rusiyanın isə Ermənistanın Sünik (Zəngəzur) vilayətinin Qafan şəhərində Baş Konsulluq açması ilə bağlı müzakirələr davam edir. Lakin Məmiyev qeyd edib ki, hazırda bu layihələrin reallaşacağı konkret tarixlər barədə danışmaq tezdir.
"Bu məsələlər ikitərəfli gündəmdən çıxarılmayıb, lakin onların həyata keçirilməsi ilə bağlı dəqiq vaxt müəyyən edilməyib", – o bildirib.
Məmiyev əlavə edib ki, Rusiyanın XİN-in Vladiqafqazdakı nümayəndəliyi hazırda Rostov-na-Donuda fəaliyyət göstərən Ermənistanın Baş Konsulluğu ilə müntəzəm işgüzar əlaqələr saxlayır və tərəflər arasında əməkdaşlıq davam etdirilir.
Aytac
Mənbə: anews.az