Image

Yeni Konstitusiyanın qəbul edilib-edilməyəcəyinə Ermənistan xalqı qərar verəcək - Qalyan

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan ölkədə yeni Konstitusiyanın hazırlanması üzrə işlərin davam etdiyini, sənədin hazırkı mərhələdə ictimai müzakirədə olduğunu açıqlanıb. Nazir bugün ölkədə keçirilən brifinqdə deyib ki, Konstitusiya layihəsinin dərci ilə bağlı müzakirələr davam edir və sənədin qəbul edilib-edilməyəcəyinə Ermənistan vətəndaşları referendum vasitəsilə qərar verəcəklər. "Biz yeni Konstitusiya layihəsi hazırladığımızı demişik. Lakin yeni Konstitusiyanın qəbul olunub-olunmayacağına Ermənistan xalqı qərar verəcək", - Qalyan bildirib. O qeyd edib ki, Konstitusiyanın referendum yolu ilə qəbul edilməsi demokratik ölkələrdə geniş tətbiq olunan təcrübədir və bunda "heç bir sirr və ya sensasiya yoxdur". Ermənistan hökuməti yeni Konstitusiyanın hazırlanması istiqamətində iş aparır. Baş nazir Nikol Paşinyan daha əvvəl mövcud Konstitusiyanın ölkənin müasir reallıqlarına uyğunlaşdırılmasının vacibliyini bəyan edib. Konstitusiya islahatları həm daxili idarəetmə sistemi, həm də regionda normallaşma prosesi fonunda diqqətlə izlənilir. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Sabah 39 dərəcə isti olacaq

Neft qiymətləri sabitləşib

Bakıda məscid yanır