Rusiya ordusu Ukraynanın Dnepropetrovsk vilayətini bombalayıb, 5 nəfər ölüb
Rusiya ordusu Dnepropetrovsk vilayətinə zərbə endirib, nəticədə 5 nəfər ölüb.
Bu barədə Dnepropetrovsk regional hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja “Telegram” kanalında məlumat verib.
Hücum nəticəsində üç nəfər yaralanıb. Yaralılar hamısı xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.
Mənbə: anews.az