Image

Çimərlik voleybolu üzrə ölkə çempionatında finalçılar müəyyənləşib

 

Azərbaycan Voleybol Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çimərlik voleybolu üzrə ölkə çempionatı davam edir.

Bakı Su İdmanı Sarayında təşkil olunan yarışın üçüncü günündə yarımfinal oyunları, həmçinin kişilər arasında üçüncü yer uğrunda qarşılaşma keçirilib.

Kişilərin yarışında FHN-1 komandası "Sağlam Həyat-2"ni 2:0 hesabı ilə məğlub edərək ölkə çempionatının bürünc medalını qazanıb.

Qadınlar arasında üçüncü yer uğrunda oyun avqustun 8-də "Milli Aviasiya Akademiyası-1" və "Milli-1" komandaları arasında keçiriləcək.

Həmin gün qadınların finalında "Azərreyl Salam" komandası "Azərreyl Salam Sharing"lə, kişilərin finalında isə FHN-2 komandası "Djevo" ilə üz-üzə gələcək.

Final qarşılaşmalarından sonra mükafatlandırma mərasimi keçiriləcək.

Ölkə çempionatının qalibləri 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə klublararası CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaqlar.

Mənbə: anews.az

Xəbər lenti