İrana hücumlara görə onu təriflədi
ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqsetə dəstəyini bir daha ifadə edərək, onun vəzifəsindən uzaqlaşdırılacağı ilə bağlı yayılan məlumatları təkzib edib.
Tramp "Truth Social" platformasında paylaşdığı açıqlamada bəzi media orqanlarını "saxta xəbər mediası" adlandıraraq, onların "yalan və tamamilə əsassız şayiələr" yaydığını bildirib. "Pit Heqsetin işindən son dərəcə məmnunam",- Tramp yazıb.
ABŞ prezidenti paylaşımında İrana qarşı həyata keçirilən hərbi əməliyyatlara da toxunaraq, əməliyyatların "çox yaxşı getdiyini" bildirib.
Tramp əlavə edib ki, Tehran heç vaxt nüvə silahı əldə etməyəcək.
Açıqlama son günlər ABŞ mediasında Pit Heqsetin gələcək taleyi ilə bağlı yayılan iddialar fonunda verilib. Tramp isə bu məlumatları rədd edərək müdafiə nazirinə etimadını nümayiş etdirib.
Mənbə: anews.az