Image

Ərdoğan Səudiyyə Ərəbistanına səfər edəcək, üçtərəfli müdafiə sazişinin imzalanması gözlənilir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü Səudiyyə Ərəbistanına birgünlük işgüzar səfər edəcək və burada vəliəhd şahzadə Məhəmməd bin Salmanla danışıqlar aparacaq. Səfər çərçivəsində Ərdoğanın Səudiyyə Ərəbistanında səfərdə olan Pakistanın Baş naziri Şahbaz Şəriflə də görüşməsi gözlənilir. Reuters-in regional mənbələrə istinadən verdiyi məlumata görə, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın Ciddədə birgə müdafiə sazişi imzalaması planlaşdırılır. Mənbələr sazişin detallarını açıqlamayıb. Gözlənilən saziş Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin gərginləşdiyi bir dövrə təsadüf edir və üç ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsinə yönəlmiş addım kimi qiymətləndirilir. Səudiyyə Ərəbistanı və Pakistan artıq 2025-ci ildə qarşılıqlı müdafiə sazişi imzalayıb. Gülnar Nazimqızı

Mənbə: anews.az

Xəbər lenti

Azərbaycan nefti bahalaşıb